[Date Prev][Date Next] [Thread Prev][Thread Next] [Date Index] [Thread Index]

Ərzaq (yeyinti) mallarının satışını həyata keçirən hüquqi və fiziki şəxslərin nəzərinə!



                                                                                  Ərzaq (yeyinti) mallarının satışını həyata keçirən
                                                                                           hüquqi və fiziki şəxslərin nəzərinə!


Mövcud qanunvericiliyə əsasən sertifikatlaşdırılmamış ərzaq (yeyinti) mallarının ticarət şəbəkəsinə daxil edilməsi, saxlanılması və satışı qadağandır və bu cür malların satılması istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Belə hərəkətlərə yol verən vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə olunurlar.
Bu cərimələrə məruz qalmamaq üçün təchizatçıdan ərzaq (yeyinti) mallarını qəbul edərkən aşağıdakılara unutmayın:
- malın mənşəyini və qiymətini təsdiq edən qaiməni və uyğunluq sertifikatını tələb etməyi;
- malın etiketində məcburi tələblərə uyğunluğunu təsdiq edən sertifikatın və ya digər texniki normativ sənədin işarəsinin olmasını.
Yuxarıda qeyd olunan sənədləri və məlumatları olmayan ərzaq (yeyinti) mallarını qəbul etməyin.
Əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərsiniz (əlaqə telefonları: 498-15-01 və 498-15-04).


                                                                                                                                                             Antiinhisar Siyasəti və İstehlakçıların 
                                                                                                                                                             Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
Reply to: